Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sabaha olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlandı

 

Sabaha  gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

 

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında martın 31-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir. 

30.03.2018 11:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ