Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Güclü küləyin təhlükə yarada biləcəyi bütün işlər dayandırılıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Güclü küləyin təhlükə yarada biləcəyi bütün işlər dayandırılıb"

“BP-Azerbaijan” şirkəti güclü hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini daha da gücləndirib.

 

“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının verdiyi açıqlamaya görə, şirkətin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur.

 

"Hazırda bugünkü hava şəraitinə uyğun prosedurlar işə salınıb. Yəni, açıq havada küləyin təhlükə yarada biləcəyi bütün işləri, o cümlədən ağır yüklərin və əşyaların hündürlüyə qaldırılması, kran işləri və sair işləri dayandırmışıq. Bundan başqa, açıq havada işləyən işçilərin sayı yalnız ən vacib əməliyyat işlərini aparmaq üçün məhdudlaşdırılıb, avadanlıqlar möhkəm bağlanıb. Eləcə də əşyaların yıxılmaması və uçmaması üçün tədbirlər görülüb", - deyə T. Bayatlı vurğulayıb.

 

“BP-Azerbaijan” rəsmisi əlavə edib ki, güclü küləklə əlaqədar şirkətin neft və qaz hasilatı, ixracı və qazma əməliyyatlarını dayandırmaq planları yoxdur.

 

© APA

30.03.2018 11:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ