Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Tesla-nın üzərində qara buludlar dolaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla-nın üzərində qara buludlar dolaşır

 
Elon Musk-ın sahibi olduğu Tesla birjada çətin günlər keçirir. Mart ayının əvvəlindən bu yana şirkətin səhmlərindəki ucuzlaşma 25%-ə çatıb.

 

Tesla-nın üzərində qara buludlar dolaşır. Tesla, Model 3 avtomobilinin istehsalında və təhvilində baş verən çətinliklər, ötən günlərdə sürücünün ölümü ilə nəticələnən qəza və dərhal arxasından "Citigroup" ilə "Vilas Fund"ın rəhbərliyinin mənfi analizləri şirkətin səhmlərinin kəskin düşməsinə səbəb olub. Moodys-in şirkətin reytinqini aşağı salması da səhmlərin uculaşmasına mənfi təsir göstərib.


 
Xüsusilə Vilas investisiya fondunun rəhbəri Con Tompsonun etdiyi analizdə Tesla-nın 4 ay içərisində bata biləcəyini açıqlaması şirkətin səhmlərində tənəzzülün dərinləşməsinə səbəb olub.

 

"Karyeramda bu qədər absurd bir şey görməmişəm" deyən Thompson "Elon Musk, şlyapadan dovşan çıxarmadığı müddətdə Tesla dörd ay ərzində iflas edəcəkdir" - ifadələrini istifadə edib.
 

Şirkətlərin mənfəət açıqlamaq məcburiyyətində olduğunu deyən Thompson, Tesla-da olanları daha əvvəl heç görmədiyini bildirib.
 

Thompson müştərilərinə göndərdiyi məktubda Tesla-nın iflasın astanasında olduğunu qeyd edib.
 

Tesla-nın bazar dəyərinin Ford-un bazar dəyərini 2 dəfə keçdiyinə diqqət çəkən Thompson, buna qarşı Fordun ötən il 6 milyon avtomobil istehsal etdiyini və 7,6 milyard dollar mənfəət açıqladığını, Tesla-nın isə 100 min avtomobil istehsal edib 2 milyard dollar zərər ediyini söyləyib.
 

30.03.2018 13:19

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ