Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Zavod 99% hazırdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Zavod 99% hazırdır”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa edilən Karbamid zavodunda tammiqyaslı sınaq-sazlama işlərinə başlanılacaq.

 

Reklam_3_11

Bunu zavodun direktoru Xəyal Cəfərov bildirib.

 

Onun sözlərinə görə, ilin III rübündə ammonyak istehsalına başlanılacaq. X.Cəfərov qeyd edib ki, zavodun yekun məhsulu-karbamid istehsalına isə IV rübdə başlanması gözlənilir: “Zavodun bu ilin sonunda tam istismara verilməsi nəzərdə tutulub. Zavod 99% hazırdır”.

 

Qeyd edək ki, 2013-cü il martın 13-də SOCAR və "Samsung Engineering Co. Ltd." (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində "Samsung Engineering" şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək "açar təhvili" əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək.

 

Müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacaq. İstehsal edilən məhsulun 150-200 min tonu daxili bazar, 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulub.

 

© Report

30.03.2018 14:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ