Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AzSığorta” böyük zərər açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzSığorta” böyük zərər açıqladı

“AzSığorta” ASC 2017-ci ili 3 milyon 64 min manat xalis zərər ilə başa vurub. Halbuki, şirkət 2016-cı ili 2 milyon 299 min manat xalis mənfəət ilə bağlamışdı.

 

Reklam_3_11

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “AzSığorta”nın cəmi gəlirləri 31 milyon 325 min manat, cəmi xərcləri 34 milyon 389 min manat təşkil edib. 2016-cı ildə Şirkətin cəmi gəlirləri 28 milyon 844 min manat, cəmi xərcləri isə 25 milyon 970 min manat təşkil etmiş, 574,8 min manat mənfəət vergisi ödəmişdi. İllik müqayisədə “AzSığorta”nın gəlirləri artsa da, əməliyyat və işlərin aparılması xərcləri artdığından ötən ili zərər ilə başa vurub.

 

İllik müqayisədə “Azsığorta”nın topladığı sığorta haqları 22 milyon 525 min manatdan 24  milyon 956 min manata, sığorta ödənişləri isə 7 milyon 751 min manatdan 9 milyon 96 min manata qalxıb.

 

KAPİTALI AZALIB

 

31 Dekabr 2017-ci il tarixində “Azsığorta” 61 milyon 9 min manat cəmi aktivlərə, 29 milyon 883 min manat cəmi kapitala və 31 milyon 126 min manat cəmi öhdəliklərə malik olub. Şirkət 31 Dekabr 2016-cı il tarixində 60 milyon 464 min manat cəmi aktivlərə, 33 milyon 439 min manat cəmi kapitala və 27 milyon 25 min manat cəmi öhdəliklərə malik idi. Kapitalın azalması ötən il yaranmış zəər ilə bağlıdır.

31.03.2018 05:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ