Mobil manşet üstü reklam-3_21

SOCAR “Petkim”dən 152 milyon manat dividend alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR “Petkim”dən 152 milyon manat dividend alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” 2017-ci ildə əldə etdiyi mənfəətindən sərmayədarlara 690 mln. Türkiyə lirəsi (297 mln. manat) məbləğində dividend ödəyəcək.

Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) verilən məlumata görə, bu barədə “Petkim”in 2017-ci il üzrə fəaliyyətinə dair İdarə Heyətinin bu gün keçirilən iclasında qərara alınıb.

Reklam_3_11

 

“SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividendin məbləği 351,9 mln. lirə (151,6 mln. manat) olacaq. İclasda dividendlərin may ayının 3-də paylanmasına qərar verilib.

 

Ümumi yığıncaqda həmçinin Holdinqin 2018-ci il üzrə fəaliyyətinin auditini “PwC” (“Pricewaterhouse Coopers”) şirkətinin aparması təsdiqlənib.

 

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”in 51%-lik səhm paketini 2,04 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Şirkətin qalan səhmləri isə İstanbul Fond Birjasında ("Borsa İstanbul") dövriyyədədir.

 

© Report

31.03.2018 07:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ