Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Neft olmasaydı, Azərbaycanda Dollar cari kəsir ilə kəskin bahalaşardı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft olmasaydı, Azərbaycanda Dollar cari kəsir ilə kəskin bahalaşardı

Qeyri-neft sektoru üzrə Cari Əməliyyatlar Balansının kəsiri ötən ilin müvafiq dövrünə nəzərən 1% (56 mln.dolar) azalaraq 5.7 mlrd. dollar olmuşdur. 


 

2017-ci ilin yanvar-dekabr aylarında cari əməliyyatlar hesabında 1.7 mlrd. dollar məbləğində profisit yaranmış (2016-da 1.4 mlrd.dollar kəsir idi), o cümlədən neft-qaz sektoru üzrə profisit 7.4 mlrd. dollar məbləğində olmuşdur.

 

Neftin hesabına xaricdən daxil olan dollar, çıxan dollardan çoxdur

 

Neft-qaz sektoru üzrə Cari Əməliyyatlar Balansının (CƏB) profisiti ötən ilin müvafiq dövrünə nisbətən 3.0 mlrd. dollar artdığı halda, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 56 mln. dollar azalaraq 5.7 mlrd. dollar olmuşdur. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 5.7 mlrd. dolar məbləğində kəsirini tam örtmüşdür.

 

CƏB profisitin əsas amilləri: 
- Neftin hesabına xarici ticarət balansında profisitin 1.5 dəfə artması; 
-Neft-qaz sektoru üzrə ixracın 14% artması, idxalın isə 1.7 dəfə azalması; 
-Qeyri-neft xidmətlər balansında kəsirin azalması, o cümlədən turizm xidmətləri üzrə balansın 353 mln. dollar müsbət olması; 
- İlkin gəlirlər balansında kəsirin ötən ilin müvafi dövrünə nisbətən 713 mln. dollar azalması; 
- Təkrar gəlirlər balansında profisitin (709 mln. dollar) yaranması


Cari əməliyyatlar hesabı – buraya ölkənin xarici ticarəti (idxal-ixrac), əldə edilmiş və göstərilmiş xidmətlər, əldə edilmiş və ödənilmiş ilkin gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir.

31.03.2018 09:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ