Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xaricə çıxarılan pul baratlarının dəyəri 1,4 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xaricə çıxarılan pul baratlarının dəyəri 1,4 dəfə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2017-ci ildə təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1.5 mlrd. dollar məbləğində qiymətləndirilmişdir.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu, Mərkəzi Bankın 2017-ci ilin yanvar-dekabr ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansı hesabatında bildirilir.

 

HƏMÇİNİN OXU: Tədiyə balansında 1.6 milyard dollar profisit

 

Qeyd edilir ki, daxilolmalar 1.1 mlrd. dollar, ödənişlər isə 404.3 mln. dollar təşkil etmişdir. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir.

 

Ölkəyə göndərilən pul baratlarının həcmi 1.8 dəfə artaraq 1 milyard 20.2 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1.4 dəfə azalaraq 342.9 mln. dollar olmuşdur (valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalmışdır). Nəticədə pul baratları üzrə 677.3 mln. dollar müsbət saldo yaranmışdır.

 

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 708.6 mln. dollar təşkil etmişdir.

31.03.2018 11:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ