Mobil manşet üstü reklam-3_21

Tesla parça-parça olub, batareyası alışıb - ELEKTROMOBİLLƏR ETİBARLIDIR?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla parça-parça olub, batareyası alışıb - ELEKTROMOBİLLƏR  ETİBARLIDIR?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gələcəyin avtomobili olduğu irəli sürülən Tesla ilə ABŞ-da baş vermiş qəza elektrikli və sürücüsüz avtomobillərin nə qədər etibarlı olduğu sualını ağıllara gətirib.
 

"Marja" xəbər verir ki, Amerika Milli Araşdırma Təşkilatı, ötən həftə baş vermiş Tesla Model X-in qəzasını araşdırmaqda davam edir. Təşkilat batareyadan qaynaqlandığı iddia edilən yanğınla bağlı araşdırmalar aparır. Tesla tərəfindən verilən yazılı açıqlamada, "Başqa hər hansı bir qəzada Model X-in belə bir vəziyyətə düşdüyünü görməmişdik" ifadələri yer alıb.
 

Tesla markalı maşın qəzada ilk olaraq sədlərə və daha sonra iki maşına dəyərək parça-parça olub. Faciəvi qəzada avtomobilin sürücüsü Wei Huang ağr yaralı olaraq xəstəxanaya aparılıb. Huang, xəstəxanada dünyasını dəyişib. 

 

Qəzadan sonra avtomobilin batareyası alov almışdır. Bu vəziyyət, elektrikli avtomobillərdə istifadə olunan batareyaların mümkün qəzalarda yaradacağı fəlakətlər haqqında müzakirələrin yaranmasına səbəb olub.
 

Tesla avtomobillərində istifadə edilən batareyaların mümkün bir yanğının qarşısını alacaq şəkildə hazırlandığı məlumdur. Şirkət açıqlamasında batareyaların xüsusi dizaynını müdafiə edilib. Açıqlamada, "Tesla batareyalarında, nadir hallarda olsa da, yanğın çıxdığı zaman yavaşca yayılır. Beləliklə sərnişinlərin avtomobildən düşmələinə bol vaxtı olur" şəklində bir qeyd diqqəti çəkir.

 

Hazırda Elon Musk-ın sahibi olduğu Tesla birjada çətin günlər keçirir. Mart ayının əvvəlindən bu yana şirkətin səhmlərindəki ucuzlaşma 25%-ə çatıb. Səbəblərdən biri sürücünün ölümü ilə nəticələnən dəhşətli qəzadır.

31.03.2018 12:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ