Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın prezidenti Gürcüstanda səfərdə olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın prezidenti Gürcüstanda səfərdə olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SOCAR-ın prezidenti Rövnəq Abdullayev martın 30-dan aprelin 1-dək Gürcüstanda səfərdə olub.

 

Reklam_3_11

Bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, səfər zamanı SOCAR-ın prezidentini şirkətin vitse-prezidentləri Süleyman Qasımov, David Məmmədov və Sərmayə İdarəsinin rəisi Vaqif Əliyev müşayiət ediblər.

 

Səfər çərçivəsində R.Abdullayev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığı, gələcəkdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə ediblər.

 

Səfər zamanı, həmçinin "”SOCAR Energy Georgia” şirkətinin Tbilisidəki ofisində yığıncaq keçirilib. “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov SOCAR-ın prezidentini şirkətin 2017-ci ildəki fəaliyyətinin nəticələri, eləcə də 2018-ci il üzrə inkişaf planları barədə məlumatlandırıb. İclasın sonunda "SOCAR Energy Georgia" şirkətinin 2017-ci il üzrə uğurları nəzərə alınaraq 2018-ci il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

01.04.2018 19:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ