Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan məhsullarının Qətər bazarına ixracı imkanları müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan məhsullarının Qətər bazarına ixracı imkanları müzakirə edilib

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov respublikamızda istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının bu ölkənin bazarında tanıdılması və təşviqi məqsədilə yerli idxalçı şirkətlərdə görüş keçirib.

 

Reklam_3_11

Səfirlikdən bildiriblər ki, Qətərin Milli Qida Şirkətinin (NAFCO) rəhbəri Manasvi Rasgotra ilə keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, Azərbaycan istehsalı olan məhsulların Qətər bazarına ixracı imkanları müzakirə edilib.

 

Qatar Milli İdxalat və İxracat Şirkətinin (QNIE) idarə heyətinin üzvü Məhəmməd Zain Valid Alkhiyami ilə görüşdə həmin şirkətlə ölkəmizdə fəaliyyət göstərən sənaye və ticarət müəssisələri arasında əməkdaşlığın yaradılması və inkişafı yollarından bəhs edilib. Ölkəmizdə istehsal edilən gündəlik istehlak məhsullarının Qətərə ixracı məsələsi müzakirə olunub. Şirkət ölkəmizin ərzaq məhsulları istehsalçıları ilə əməkdaşlıq etməyə dəvət edilib.

 

Görüşlərdə ölkəmizdə mövcud investisiya mühiti, iqtisadiyyatın müxtəlif sahələrində əldə edilmiş nailiyyətlər, istehsal müəssisələri və “Made in Azerbaijan” brendi altında istehsal edilən və dünya bazarına ixrac olunan məhsullar haqqında ətraflı məlumat verilib.

01.04.2018 19:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ