Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Porsche-ni şoka salan qərar! Dizaynı dəyişə bilər...

iç səhifə xəbər başlığı altı (mobil)_31
Porsche-ni şoka salan qərar! Dizaynı dəyişə bilər...

Porsche, təxminən 9 ildir davam edən 911 modelinin dizayn hüquqları ilə əlaqədar uduzub. "Autec" adındakı bir oyuncaq şirkəti daha əvvəl Ferrari üçün qaldırdığı iddianı Porsche üçün də irəli sürüb. İlk qərar "Autec"in xeyrinə verilib.  

 

Reklam_3_11

Porsche markasının ən çox satan modelləri Cayenne və Macan olsa da məşhur lüks avtomobil istehsalçısı məşhurluğunu 911 modelinə borcludur. 


 
1963-cü ildə ilk dəfə istehsal edilən 2 qapılı idman avtomobilinin dizaynı klassikdir, ancaq "Kurt Hesse" adındakı bir oyuncaq istehsalçısı ("Autec"in ana şirkəti) 911 seriyasının 20-dən çox model dizaynlarının bir qisimi üzərində haqq iddia edir.


 
"Marja" xəbər verir ki, Mərkəzi ofisi İspaniyada olan Avropa Birliyi Əqli Mülkiyyət Hüquqları Ofisi (EUIPO), söz mövzusu dizaynlara Porsche şirkətinin hüquqlarının ləğvinə qərar verib. Qeyd edilib ki, dizaynlar xüsusi deyil.

 

LİSENİZYA GƏLİRLƏRİ 500 MİLYON AVROYA ÇATIR


 
Porsche-nin sözcüsü məsələni Avropa Birliyinin qiymətləndirməsinə təqdim edəcəklərini deyib.


 
Avropa Birliyi qərarı təsdiqlədiyi təqdirdə Porsche məhsullarının orijinal ölçüsündə olmasa da, oyuncaq boyunda kopyasının başqaları tərəfindən istehsal edilməsi mümkün olacaqdır. Avtomobil istehsalçılarının kopya dizaynlardan lisenziya gəlirlərinin Avropa daxilində 500 milyon avro ətrafında olduğu sanılır.


 
Porsche, qərar təsdiqləndiyi təqdirdə 911 dizaynını dəyişdirmək yolunu da seçə bilər. "Autec" adındakı oyuncaq istehsalçısının sahibi olan "Kurt Hesse", daha əvvəl də Ferrari markasının Testarossa modeli ilə bağlı mübarizəyə girmiş və qazanmışdı. 

02.04.2018 06:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ