Ən yuxarı statik reklam-3_3

Çin-dən ABŞ-a cavab - İDXAL RÜSUMLARINI ARTIRDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin-dən ABŞ-a cavab - İDXAL RÜSUMLARINI ARTIRDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin hökuməti, ABŞ-ın polad və alüminium tariflərinə qarşılıq, ABŞ-dan idxal edilən 128 məhsula 15 və 25 faiz vergi tətbiq edəcəyini bildirib.
 

"Marja" xəbər verir ki, Çin Maliyyə Nazirliyindən verilən açıqlamada, Vaşinqton rəhbərliyinin idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifinin Dünya Ticarət Təşkilatının qaydalarını pozduğu və ölkə maraqlarına zərər verdiyi qeyd olunub.
 

Bu baxımdan ölkə maraqlarının qorunması üçün polad və alüminium məhsullarına tətbiq edilən vergilərə cavab olaraq Çinin 23 Martda dərc etdirdiyi və ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz və 25 faiz vergi planının bu gündən etibarən qüvvəyə minəcəyi bildirilib.
 

"ABŞ-ın tezliklə Dünya Ticarət Təşkilatının (DTT) qaydalarını pozan addımlardan imtina edəcəyini və ikitərəfli ticarət əlaqələrini normal axarına qaytaracağına ümid edirik", - ifadələri istifadə edilən açıqlamada, hər iki tərəf üçün iş birliyinin yeganə doğru yol olduğu vurğulanaraq, iki ölkənin narahatlıqlarını dialoq və müzakirə ilə həll etməsi lazım olduğu qeyd edilib.
 

Çinin 23 Mart tarixli vergi cavab tədbirləri planı, ABŞ-dan idxal edilən 977 milyon dollar dəyərində quru və təzə meyvə, polad, şərab daxil 120 məhsula 15%, dəyəri 1,99 milyard dollara çatan donuz əti və məhsulları ilə alüminium daxil 8 məhsula 25 faiz əlavə vergi qoyulmasını əhatə edir.
 

ABŞ Prezidenti Donald Tramp, 9 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz gömrük tarifi tətbiq edəcəyini açıqlamışdı.

02.04.2018 06:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ