Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu həftə önəmli məlumatlar açıqlanacaq - BAZARLARDA SON VƏZİYYƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu həftə önəmli məlumatlar açıqlanacaq - BAZARLARDA SON VƏZİYYƏT

Bu həftə aparıcı valyutaların dollara nisbətən məzənnələrin bahalaşmasına təsir edə biləcək, önəmli fundamental məlumatların açıqlanması gözlənilir.


 

EUR

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq inflyasiya ilə bağlı yeni rəqəmlər öncəsi 1.2300$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, inflyasiya göstəriciləri üzrə 1.4%-lik artım proqnozları özünü doğruldarsa, bu, məzənnənin 1.2482$-a kimi bahalaşmasına təsir edə bilər. Eyni zamanda, cümə günü saat 16:30-da yayımlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

 

GBP

GBP/USD məzənnəsi da 1.42$-a kimi bahalaşsa da, üzərində möhkəmlənə bilməyib, 1.40$-a kimi ucuzlaşıb. Lakin maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntiləri də artıb. Bu baxımından qiymətin yenidən 1.42$-a kimi bahalaşa biləcəyi proqnozları aktual olaraq qalır.

 

TRY

Türkiyə bazarlarında isə USD/TRY məzənnəsi 3.96TL-ə ticarət edilməkdir və qiymətin yenidən 4.00TL-ə kimi bahalaşa biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, çərşənbə axşamı saat 11:00-da dərc ediləcək inflyasiya ilə bağlı önəmli fundamental məlumatların da, məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.

 

OIL

Enerji bazarlarında neft qiymətləri keçən həftə 68$-a kimi ucuzlaşdıqdan sonra yenidən təqribən 69$-a kimi dəyər qazanıb. Dünya bazarlarında neftə olan tələbin yüksək olaraq qalması, dünya bazarlarında dolların ucuzlaşması fonunda neft qiymətlərinin daha da bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Belə ki, Avropanın Brent neftinin bir barel qiyməti 71$ və 73$-a kimi də dəyər qazana bilər.

 

GOLD

Əlvan metallar bazarlarında da qızılın bir unsiyası üzrə qiyməti 1321$-a (42.4 $/qram) kimi ucuzlaşdıqdan sonra 1329$-a (42.6 $/qram) kimi dəyər qazanıb və bu səviyyənin üzərində qaldıqca, 1343$ (43.1 $/qram), 1354$-a (43.4 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

02.04.2018 07:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ