Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Güzəştli satılacaq mənzillərin təmir nümunələri təqdim olundu - VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Güzəştli satılacaq mənzillərin təmir nümunələri təqdim olundu - VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

MİDA-nın ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu


 

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq, Agentlik tərəfindən Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təmir nümunələri təqdim olunur.

 

MİDA-dan "Marja"ya daxil olmuş məlumata görə, təmiri başa çatdırılmış ilk mənzillərin görüntülərini təqdim edən video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana səhifəsində “təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

 

Yasamal Yaşayış Kompleksinin mənzilləri 2 növ təmir ilə təmin edilir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillərin təmirində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur və aparılan təmirin keyfiyyətinə ciddi nəzarət edilir.

 

12 AY FAİZSİZ MEBEL KREDİTİ

 

Yaşayış kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.

 

Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Komleksinin hər bir mənzilinin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat www.yasamal.mida.az internet səhifəsində təqdim olunub.

02.04.2018 07:32

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ