Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bankdan faizlər ilə bağlı açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan faizlər ilə bağlı açıqlama
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında müşahidə edilən müsbət meyllərin davam etməsindən asılı olaraq 2018-ci ilin qalan dövründə də faiz dəhlizi parametrlərinin azaldılmasını mümkün hesab edir. Bununla belə faiz dərəcələrinin real səviyyəsi müsbət zonada saxlanacaq.

 

Bunu AMB-dən bildiriblər. 

 

"Əvvəlki illərdə olduğu kimi bu il də faiz dəhlizi parametrlərinə dair qərarlar faktiki inflyasiya, qiymət artımına dair gözləntilər və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla qəbul ediləcək. AMB-nin apardığı təhlillərə əsasən faiz dəhlizinin parametrləri likvid qiymətli kağızların gəlirlliyinə və bu da öz növbəsində bankların apardığı əməliyyatlar üzrə faizlərə təsir edir. Orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşmasını nəzərə alınmaqla artıq cari ilin fevralında uçot dərəcəsi 15%-dən 13%-ə endirilib", - deyə qurum bəyan edib. 

 

AMB-dən o da bildirilib ki, yaxın vaxtlarda depozit və valyuta hərraclarının keçirilmə tezliyində hər hansı bir dəyişiklik gözlənilmir. Banklar hərraclarda aktiv şəkildə iştiraka davam edirlər.

 

© Report

02.04.2018 08:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ