Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bank daha bir idman qurumu ilə əməkdaşlığı dayandırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank daha bir idman qurumu ilə əməkdaşlığı dayandırdı

Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumu ilə əməkdaşlığı dayandırıb. "Bu, Azərbaycan Milli Karate Federasiyasıdır.

 

Bank baş sponsoru olduğu federasiya ilə müqavilə müddətini artırmayıb. AMKF-in I vitse-prezidenti Rəhman Həsənov "Report"a açıqlamasında bildirib ki, sponsorluğun davam etdirilməsi ilə bağlı onlara heç bir rəsmi məlumat verilməyib: "Hələ cavab gözləyirik. Baş sponsor yanvarın 1-dən maliyyə vəsaiti ayırmır. İdmançılarımız Fransada keçirilən I Premyer Liqa yarışına da Gənclər və İdman Nazirliyinin hesabına yollanıb".

 

Bankın mətbuat xidmətindən  tərəflər arasındakı müqavilə müddətinin 2016-cı il dekabrın 31-də başa çatdığı və yeni müqavilənin imzalanmadığı bildirilib: "Bu, ABB-nin sağlamlaşdırılması çərçivəsində atılan addımlardan biridir".

 

Qeyd edək ki, yanvarın 27-də ABB-nin İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna da sponsorluğun dayandırılmasına qərar verildiyini açıqlayıb.

 

© Report

30.01.2017 14:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ