Elon Musk-dan Tesla zarafatı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elon Musk-dan Tesla zarafatı

Tesla-nın banisi Elon Musk, son dövrdə Tesla-nın iflas edəcəyi iddialarını lağa qoyub. "Tesla iflas etdi"  "tweet"ini paylaşan Musk, 1 Aprel zarafatı edib.
 
 
Elon Musk ilk "tweet"ində bir neçə saat ərzində mühüm xəbərlər verəcəyini söyləyərək böyük bir maraq yaradıb. Daha sonra "Tesla 1 Aprel 2018 tarixindən etibarən iflasa uğradı" yazan Musk, davamında bu ifadələri işlətdi:
 

"Paska yumurtası satışı da daxil olmaqla intensiv kapital yığımı səylərimizə baxmayaraq Tesla-nın tamamilə iflas etdiyini kədərlə bildiririk. Elə iflas etdik ki, inanmazsınız".

 

"Vilas" investisiya fondu rəhbəri Con Tompson, ötən həftə analizində Tesla-nın 4 ay ərzində batacağını açıqlamışdı. Bu xəbər ilə bərabər, "Tesla Model 3" istehsalında baş verən çətinliklər, avtomobil təhvillərinin gecikməsi,  bir sürücünün ölümü ilə nəticələnən qəza və Moodys-un şirkətin reytinqini aşağı salması Tesla səhmlərinin kəskin bir şəkildə ucuzlaşmasına səbəb olmuşdu.

02.04.2018 09:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ