Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Hava pisləşəcək - XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hava pisləşəcək - XƏBƏRDARLIQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 4-9, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Xəbərdarlığa görə, aprelin 3-ü günün ikinci yarısı qərb rayonlarından başlayaraq aprelin 5-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur. 

02.04.2018 11:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ