Azərbaycan qeyri-rezidentlərə təxminən 1 milyard dollarlıq nəqliyyat xidmətləri göstərib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan qeyri-rezidentlərə təxminən 1 milyard dollarlıq nəqliyyat xidmətləri göstərib

2017-ci ildə Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə 971,4 mln. dollar məbləğində nəqliyyat xidmətləri göstərilib ki, bu da 2016-cı ilin göstəricisindən 11,4% azdır. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.

 

Reklam_3_11

2017-ci ilin tədiyə balansına dair məlumata əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə  1 mlrd. 48,4 mln. dollar məbləğində (artım 14,1%) nəqliyyat xidmətləri göstərilib.

 

Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 16%-i nəqliyyat xidmətlərinin payına düşüb.

 

2017-ci ildə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə 35,7 mln. dollar məbləğində tikinti xidmətləri göstərilib ki, bu da 2016-cı illə müqayisədə 3,4 dəfə azdır.

 

“Ümumilikdə, 2017-ci ildə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi 12,8 mlrd. dollar (artım 7,6%) təşkil edib. Bunun 8,1 mlrd. dollar (artım 8%) qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, daha  4,7 mlrd. dolları (artım 6,8%) Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - deyə məlumatda bildirilir.

 

Beləliklə, hesabat dövründə xidmət kəsiri 3,4 mlrd. dolları (artım 3%) təşkil edib. Kəsirin 92%-i (3,1 mlrd. dolları) neft-qaz sektorunun payına düşüb.

02.04.2018 13:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ