Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Rusiya ilk dəfə OPEC+ sazişini tam həcmdə yerinə yetirməyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiya ilk dəfə OPEC+ sazişini tam həcmdə yerinə yetirməyib

Rusiya mart ayında ilk dəfə olaraq OPEC+ sazişini tam həcmdə yerinə yetirməyib.

 

Reklam_3_11

RİA Novosti agentliyini bildirir ki, RF Energetika Nazirliyinin rəhbəri Aleksandr Novak bunu jurnalistlərlə söhbətində qeyd edib.

 

Novak deyib: “Mart ayında Rusiya hasilatın azaldılması öhdəliyinə 93,4 faiz əməl edib. Mart ayında maye karbohidrogenlər hasilatının dəyişməsi qaza tələbatın yüksək olması və daxili bazarda mövsümi amillərlə bağlıdır. Rusiya neft bazarında tarazlığa nail olmağın tam tərəfdarıdır”.

 

RF Energetika Nazirliyinin mətbuat xidmətində bu məlumatı dəqiqləşdirərək bildiriblər ki, mart ayında hasilat 2016-cı il oktyabr ayında mövcud olmuş səviyyə ilə müqayisədə sutkada 280,22 min barrel azaldılıb.

 

OPEC+ sazişinə əsasən, 2017-ci ilin yanvarından etibarən Rusiya hasilatı tədricən azaltmalı və keçən ilin mart ayından sonra hasilatın həcmi 2016-cı il oktyabr ayında mövcud olmuş səviyyə ilə müqayisədə sutkada 300 min barrel azaldılmalı idi.

 

2017-ci ilin aprelindən başlayaraq Rusiya həmin sazişə əməl edib, hər ay gündəlik hasilatın həcmini 300 min barreldən çox azaldıb. Belə ki, keçən ilin aprel, may və iyun aylarında hasilat gündə 300 min barrel, iyul ayında 307,6 min barrel, avqust ayında 344,9 min barrel azaldılıb. Sentyabr ayında Rusiya hasilatı sutkada 346 min barrel, oktyabr ayında 315 min barrel, noyabr ayında 303,8 min barrel azaldıb. Keçən ilin dekabr ayında hasilat sutkada 300,74 min barrel, 2018-ci ilin yanvar ayında 301,2 min barrel, bu ilin fevral ayında 300,4 min barrel azaldılıb.

 

OPEС 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə neft hasilatının oktyabr ayında olan səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması barədə razılığa gəlib. OPEС-ə daxil olmayan 11 ölkə 2016-cı il dekabrın 10-da öz hasilatlarının ümumilikdə 558 min barrel, o cümlədən Azərbaycan gün ərzində 35 min barrel azaldılması barədə saziş imzalayıblar. 2017-ci il mayın 25-də isə OPEС-in Nazirlər Şurasının 172-ci iclası çərçivəsində üzv ölkələr və sazişə daxil olmayan ölkələr neft hasilatının məhdudlaşdırılmasının 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılığa gəliblər. OPEС-ə üzv ölkələr və sazişə daxil olmayan ölkələrin 2017-ci il noyabrın 30-da OPEС Nazirlər Şurasının 173-cü iclası çərçivəsində keçirilən üçüncü görüşündə neft hasilatının məhdudlaşdırılması barədə sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul edilib. OPEС üzvü və OPEС-ə üzv olmayan ölkələrin bu razılaşmasına Azərbaycan da qoşulub. Ölkəmiz bununla əlaqədar, ötən il və cari ilin iki ayı ərzində bütün öhdəlikləri yerinə yetirib.

 

© Azətac

02.04.2018 17:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ