Ən yuxarı (mobil)_30

ABŞ birjaları günə çöküşlə başladı - Neft ucuzlaşdı, qızıl bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ birjaları günə çöküşlə başladı - Neft ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ birjaları ticarət müharibəsi gərginliyinin yenidən artması ilə, həftənin ilk iş gününə 3%-ə yaxın azalma ilə başlayıb.
 

"Marja" xəbər verir ki, Nasdaq İndeksi 2.60 faiz və S&P 500 İndeksi 2.35 faiz düşüb. Dou Cons İndeksi isə 2.14% enib.  
 

Reklam_3_11

Nasdaq İndeksində sərt azalmaya texnologiya şirkətləri səbəb olub. ABŞ Prezidenti Donald Trampın Amazon-a təzyiqlərini davam etdirməsi səbəbindən şirkətin səhmləri ötən həftədən bəri 11 faiz ucuzlaşıb. Amazon səhminin qiymətində geriləmə bu gün də 5%-ə yaxınlaşıb. Facebook-un səhmləri isə 2.53 faiz ucuzlaşıb.

 

S&P 500 İndeksi 200 günlük orta göstəricidən aşağı düşüb. Analitiklər S&P-nin 200 günlük orta göstəricidən aşağı düşməsinin "yaxşıya işarə olmadığını" bildirirlər. Satışların daha da arta biləcəyi gözlənilir.

 

12 AY FAİZSİZ MEBEL KREDİTİ

 

Çin, ABŞ-ın polad və alüminium tariflərinə qarşılıq, ABŞ-dan idxal edilən 128 məhsula 15 faiz ilə 25 vergi tətbiq etməyə başlamışdır.
 

Həmçinin Tramp Twitter üzərindən, DACA müqaviləsini (Körpəlikdən Gələn Miqrantlar Üçün Təxirə Salınmış Hərəkət Proqramı) ləğv edərək, Meksika və ABŞ sərhədinə divar tikmək istədiyini açıqlayıb.

 

Bakı vaxtı ilə saat 20:50-yə olan məlumata görə, Brent nefti 2% ucuzlaşaraq 67,94 dollara düşüb.

 

Dollar mühüm valyutalar qarşısında bahalaşıb. Avro/Dollar məzənnəsi 1.2289 səviyyəsinə geriləyib. Dollar Avro qarşısında artıq 0,3% dəyər qazanıb.

 

"Etibarlı liman" hesab edilən qızıl 1%-dən çox bahalaşaraq unsiyasının qiyməti 1342 dolları keçib.

02.04.2018 18:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ