Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda boru partladı, 30-a yaxın ev su altında qaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda boru partladı, 30-a yaxın ev su altında qaldı

Bakının Binəqədi rayonunda su borusunun partlaması nəticəsində 30-a yaxın ev su altında qalıb.

 

Reklam_3_11

Hadisə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin Həmidə Məmmədquluzadə küçəsində qeydə alınıb.

 

Sakinlərin sözlərinə görə, ərazidən keçən 1000 mm diamerlik boru kəmərinin partlamasından cəmi 10 dəqiqə sonra bütün küçəni su basıb. Ev və mənzillərdəki məişət əşyaları yararsız vəziyyətə düşüb. Həmçinin yaxınlıqda məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli yataqxananın birinci mərtəbəsindəki mənzillər su altında qaldığından, həmin evin sakinləri yuxarı mərtəbələrdə yaşayan qonşularının evində gecələməli olublar. Eyni zamanda sözügedən küçədə olan avtomobillər hərəkətsiz vəziyyətdə qalıb.

 

Hadisə ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov və "Azərsu" ASC-nin rəsmi şəxsləri əraziyə baxış keçirib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polislər su basmış evlərdə qalan sakinləri təxliyyə ediblər. Ərazidə elektrik enerjisinin verilişi müvvəqəti olaraq dayandırılıb.

 

Binəqədi Rayon Sukanal Departamentinin rəisi Elnur Əliyev "Report"a bildirib ki, diametri 1000 mm olan boru Binəqədi rayonunu içməli su ilə təmin edir.

 

"Ehtimal edilir ki, həmin boru güclü su təzyiqi nəticəsində partlayıb. Borunun dəqiq nə səbəbdən partlaması isə qazıntı işləri yekunlaşdıqdan sonra bilinəcək", - deyə o bildirib.

 

Daha sonra "Azərsu" ASC-nin əməkdaşları xüsusi texnika ilə qazıntı işləri aparıb. Məlum olub ki, su borusunun yerin altından keçən hissəsi partlayıb.

 

Rayon İcra Hakimiyyətinin rəsmiləri evlərini su basmış sakinlərlə danışıqlar aparıb. Onlara dəymiş zərərin tezliklə aradan qaldırılmasına söz verilib.

 

XXX

 

Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Marja"ya verilən xəbərə görə, buna səbəb Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzadır.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

03.04.2018 07:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ