Ən yuxarı (mobil)_30

Lənkərandan Moskvaya birbaşa aviareys açılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkərandan Moskvaya birbaşa aviareys açılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları"nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən "Marjaya daxil olmuş məlumata görə,"Reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

 

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də.

 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

 

Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də - Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək. Bu istiqamətlər üzrə reyslər Rusiyanın turizm şirkətləri ilə birgə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

 

Bundan başqa, ilk milli loukoster “Buta Airways” Gəncədən Moskvaya birbaşa reyslər həyata keçirir.

03.04.2018 08:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ