Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu zavod Azərbaycanda ilk dəfə yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu zavod Azərbaycanda ilk dəfə yaradılıb

Neftçala Sənaye Zonasında Azərbaycanda ilk balıq yemi istehsalı zavodu yaradılır. Bunun üçün dövlətin geniş dəstək mexanizmlərindən istifadə olunub. Belə ki, ümumi dəyəri 12 milyon manat olan layihənin reallaşması üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5,9 milyon manat güzəştli kredit ayrılıb.

 

Bu barədə yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov məlumat verib.

 

Onun sözlərinə görə, zavodun illik istehsal gücü 25 min ton balıq yemi təşkil edir. Tikinti işləri artıq tamamlanıb. Hazırda Almaniya, Avstriya və Hollandiyanın aparıcı şirkətlərindən alınmış avadanlıqların quraşdırılması işləri aparılır. Bu ilin martından etibarən zavodun məhsullarının yerli bazara çıxarılması planlaşdırılır.

 

Z.Salmanov deyib ki, zavodda quraşdırılacaq avadanlıqların əlavə imkanları hesabına balıq yemi ilə yanaşı, illik 10 min ton iribuynuzlu mal-qara və quş yemi istehsalı da həyata keçiriləcək. Müəssisədə yüksəkixtisaslı mütəxəssislərlə bərabər, 30-dək rayon sakini iş yeri ilə təmin ediləcək. Layihənin icra olunacağı növbəti illərdə iş yerlərinin sayı daha da artırılacaq.

30.01.2017 16:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ