Mobil manşet üstü reklam-3_21

90-dan çox turizm isiqamətləri təqdim olunacaq - Turizm və Səyahətlər sərgisi

iç səhifə xəbər başlığı altı (mobil)_31
90-dan çox turizm isiqamətləri təqdim olunacaq - Turizm və Səyahətlər sərgisi

5-7 aprel tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi keçiriləcək.

 

Reklam_3_11

“AITF” sərgisi turizm sahəsində ən populyar və əhəmiyyətli tədbirlərdən biridir. Hər il nəhəng turizm agentliklərinin nümayəndələri və həyatını digər ölkə, region və şəhərlərə səyahətsiz təsəvvür etməyən insanlar səbirsizliklə bu tədbiri gözləyirlər.

 

Bu il, sərgidə 18-dən çox ölkə iştirak edir və onların arasında:

 

Belarusiya

Bolqarıstan

Çex Respublikası

Dominikan Respublikasi

Gürcüstan

Hindistan

İndoneziya

İran

İspaniya

İtaliya

Mərakeş

Rusiya

Sloveniya

Tailand

Türkiyə

Ukrayna

və s.

 

Bu tədbirin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada dünyanın müxtəlif güşələrindən gələrək öz ölkələrini turizm xidmətlərinin bütün aspektləri baxımından təmsil edən və hər bir müştərini yaxından maraqlandırmaq üçün əllərindən gələni əsirgəməyən çox sayda milli qruplar iştirak edir. Sərgidə iştirakçılar Avropa ölkələri və ekzotik adaların hələ tədqiq olunmamış güşələrinə səfər etməyi təklif edirlər. Şübhəsiz ki, bu səfərlər hələ uzun müddət yaddaşınızdan silinməyəcək!

 

Sərgidə 90-dan çox turizm isiqamətləri təqdim olunacaq

 

Bu, yeni turizm marşrutları və qeyri-adi turlar ilə yanaşı, həm də hər bir şirkətin qiymət siyasəti barədə məlumat toplamaq üçün unikal imkandır. Bu məlumatlar sayəsində siz uzaq və yaxın xarici ölkələrə səfərlər planlaşdıra bilərsiniz.

 

Yerli turoperatorlar  arasında “Pasha Travel” və “Ulduz Tourism” şirkətləri, eləcə də “Abşeron Hotel Group” və “Gilan Hospitality” otellər şəbəkəsi var.

 

İştirakçıların tam siyahısı ilə burada tanış ola bilərsiniz.

 

Bu il təşkilatçılar tərəfindən geniş işgüzar və əyləncə proqramı planlaşdırılıb. Sərginin sonuncu iş günüSəyahətlər Festivalı keçiriləcək. Sərgi çərçivəsində təşkil olunan bu mədəniyyət tədbiri iştirakçı ölkələrin səhnə quruluşları və mədəniyyət çıxışları vasitəsi ilə öz ölkələrinin mədəniyyətlərini nümayiş etdirmələri üçün ideal platformadır.

03.04.2018 09:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ