Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlı iş adamları Manqistau vilayətində zavod tikirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlı iş adamları Manqistau vilayətində zavod tikirlər

 

Qazaxıstanın Manqistau vilayətində üç yeni istehsalat müəssisəni birləşdirən zavod bu ilin sonunda fəaliyyətə başlayacaq.

 

Azərbaycanlı iş adamlarının “AktauEnerqoMaş” şirkətinin “Aktau Morport”da xüsusi iqtisadi ərazidə tikdiyi bu zavod, üç müəssisədən ibarətdir.

 

Zavodun tikintisinə 50 milyon ABŞ dolları ayrılıb və hazırda tikinti ilə bağlı əsas işlər görülüb başa çatmaq üzrədir.

 

Müəssisələrdən biri kabel məhsulları və transformatorlar istehsal edəcək. Illik təxminən 250 transformatorun istehsalı nəzərdə tutulan zavodun məhsullarının tək daxili bazar üçün deyil, bir sıra MDB dövlətlərinə idxalı nəzərdə tutulub.

 

Zavodun digər müəssisəsi polimer qablaşdırmanın istehsalı ilə məşğul olacaq və ildə təxminən dörd yüz ton plastik qab və konteyner istehsal ediləcək.

 

Bundan başqa şəhərin sənaye ərazisində yerləşəcək digər müəssisədə mebel və plastik pəncərələr istehsal ediləcək.

 

Zavodda iki yüz adamın işlə təmin olunacağı nəzərdə tutulub.

 

©Azərtac

03.04.2018 13:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ