Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Saxta məhsulları aşkar etmək mümkün olacaq - Mobil telefonla

iç səhifə xəbər başlığı altı (mobil)_31
Saxta məhsulları aşkar etmək mümkün olacaq - Mobil telefonla

“GS1 Azerbaijan” ştrix-kodları skan etməyə və məhsul barədə ətraflı məlumat almağa imkan verən eyniadlı mobil proqramı işə salıb.

 

Reklam_3_11

Bunu özəl olaraq  “Azexport” portalının rəhbəri Zaur Qardaşov deyib.

 

Z.Qardaşovun sözlərinə görə, “GS1 Azerbaijan”ın məlumat bazası beynəlxalq baza ilə əlaqəlidir:

 

“Bu funksiya “Azexport”da qeydə alınan məhsul barədə ətraflı məlumat əldə etməyə imkan verəcək. Axtarış prinsipləri ştrix-kodların skan olunması ilə əlaqəli olacaq. Hələlik ilkin mərhələdə ştrix-kodların GS1 bazasında olub-olmamasını yoxlamağa imkan verən variant tətbiq olunacaq. Hər hansı bir məlumatın olmaması məhsulun saxta olduğunu ifadə edəcək”.

 

Portalın rəhbəri əlavə edib ki, “GS1 Azerbaijan” distributivlərini “Android” əməliyyat sistemi ilə işləyən qurğularda əldə etmək mümkündür. Yaxın iki həftə ərzində proqram “Apple” əməliyyat sistemində işləyəcək.

 

© Trend

03.04.2018 15:01

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ