“....Manat öz sabitliyini qoruyacaq”
Azərbaycan Prezidenti Manatın sabitləşməsinin ixracın artması nəticəsində mümkün olduğunu bildirib.
“Marja” xəbər verir ki, regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev deyib:
“Bütün işləri görərkən bir neçə məqsədi güdürük – iqtisadiyyatı şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını artırmaq, kənd təsərrüfatı ixracını artırmaq. Mən hesab edirəm ki, biz kənd təsərrüfatı ixracını 2 dəfə artıra bilərik. Bu real hədəfdir. Biz buna çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri yaradılacaq, sahibkarlıq inkişaf edəcək. Budur bizim əsas inkişaf konsepsiyamız”.
İlham Əliyev əlavə edib ki, post-neft dövrünə qədəm qoysaq da, bu nefti tam kənara qoymaq demək deyil. Azərbaycan nefti hələ neçə onilliklər çatacaq həcmdədir. İki il sonra ölkəmiz daha böyük həcmlərdə qaz ixrac edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
- 10 d. əvvəl
-
38 d. əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AQTA “ekspertlər” barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Şərq-Qərb" ASC-nin rəhbərliyi növbəti müddətə təyin ediləcək
-
2 saat əvvəl
Təmir və quraşdırma şirkəti ötən il 2 milyon manatdan çox xalis mənfəət əldə edib