Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Valyutadəyişmə biznesini kimsə inhisara alıb"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Valyutadəyişmə biznesini kimsə inhisara alıb"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qanun qəbul etdik. Ancaq indiyə qədər bu sahədə dəyişiklik yoxdur". 

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. 

 

"Həmin məntəqələrdə 3-9 min adam çalışırdı, evinə çörək aparırdı. Bu biznesi da kimsə inhisara alıb. Bu məsələyə aydınlıq gətirilməlidir", - o qeyd edib. 

 

Bundan başqa, Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə bağlı məsələyə də aydınlıq gətirilməlidir.

 

"Seçicilərlə görüşdə kreditlərlə bağlı məsələlər qaldırılır. İstərdim ki, bu məsələ ciddi araşdırılsın. Burada hesabat verilsin ki, nə qədər insan krediti fermer təsərrüfatı üçün, nə qədər insan maşın almaq üçün götürüb. Məcburiyyətdən kredit götürmüş insanlara güzəşt olunmalıdır. Bu kreditlər insanların maddi vəziyyətinə uyğun dəyərləndirilməlidir. Müxtəlif kateqoriyalı insanlar bu prosesdə nəzərə alınmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, amma problem həll olunmamış qalır". 

 

Siyavuş Novruzov, "Keçən iclasda da deyildi ki, kredit borcları ilə bağlı məsələ dövlətin və hökumətin diqqətindədir, müvafiq işlər gedir” deyərək sözlərinə belə davam edib.

 

“Biz də bilirik ki, bu məsələ üzərində işlər gedir. Amma Ziyad müəllim, yaxşı olardı ki, bu məsələ ilə bağlı geniş məlumat verəsiniz. Bu məsələyə artıq aydınlıq gətirilməli və son qoyulmalıdır.

 

Millət vəkili Fəzail Ağamalı da bu yöndə sərt fikirlər səsləndirib və özəl bankları ciddi tənqid edib. Niyə hər şey dövlətin üzərinə atılır? Kommersiya bankları pul qazananda niyə əl-ayağa düşmürdülər, amma problem yarananda hər şeyi dövlətdən umurlar? Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu qurum yarananda hamımız sevindik, onu dəstəklədik. Amma təəssüflər olsun ki, bu qurumun fəaliyyəti görünmür. Onun rəhbəri hara baxır, nə işlə məşğul olur? Orada intriqalar baş alıb gedir, ikihakimiyyətlilik hökm sürür. Buna son verilməlidir”.

 

Qeyd edək ki, bir müddət əvvəl mediada Maliyyə Bazarlarına Nəzarət Palatasında söz sahibinin sədr Rüfət Aslanlı deyil, icraçı direktor İbrahim Alışovun olduğu barədə məlumat yayılmışdı. R. Aslanlının formal olaraq həmin postda oturduğu qeyd olunurdu.

 

© Report, Qafqazinfo

03.04.2018 13:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ