Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bazar dəyəri 26,5 milyard dollar oldu - Dropbox və Twitteri keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar dəyəri 26,5 milyard dollar oldu - Dropbox və Twitteri keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünən Nyu York Birjasında onlayn musiqi proqramı "Spotify"in səhmlərinin investorlara ilkin kütləvi təklifi (IPO) baş tutub. "Marja" xəbər verir ki, şirkətin bazar dəyəri 26,5 milyard dollar olub.

 

Reklam_3_11

"Spotify"in 1 səhmi 165,90 dollardan təklif edilib. Birja bağlananda səhmin qiyməti 149,60 dollaradək düşüb.

 

Nyu-York Birjası şirkətin səhmlərinə 132 dollar istinad qiyməti qoymuşdur. Bu qiymət ilə müqayisədə ilk gün "Spotify"in səhmləri 13% bahalaşıb. Bu nəticə ilə şirkətin bazar dəyəri də 26,5 milyard dollar olub.

 

Dropbox və Twitteri keçib

 

"Spotify"in IPO-su analitiklər tərəfindən müvəffəqiyyətli olaraq görülüb. Şirkətin birjaya çıxdığı ilk gündə çatdığı bazar dəyəri də Twitter və Dropbox kimi texnologiya şirkətlərini geridə yoyub.

 

Keçən ay IPO-su reallaşan Dropbox-un bazar dəyəri ilk gün təxminən 12 milyard dollar olmuşdu.

 

Sosial media nəhəngi Twitter-in 2013-cü ilin Sentyabr ayındakı İPO-sunda şirkətin bazar dəyəri ilk günün sonunda 11 milyard dollar idi.

 

Digər tərəfdən, mobil mesajlaşma tətbiqi "Snapchat"ı meydana gətirən "Snap" adlı şirkətin Mart 2017-dəki IPO-sunda isə şirkətin bazar dəyəri ilk günün sonunda təxminən 36 milyard dollar olmuşdu.

04.04.2018 06:18

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ