Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gürcüstana səfərə gedən avtomobil sahiblərinə xəbərdarlıq!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstana səfərə gedən avtomobil sahiblərinə xəbərdarlıq!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib.

 

Reklam_3_11

İdarənin şöbə rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında deyib ki, Gürcüstannın Azərbaycandakı səfirliyinin məlumatına əsasən 15 dekabr 2017-ci il tarixdə Gürcüstan ərazisində hərəkət edən xarici ölkədə qeydə alınan nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası haqqında qanun qəbul olunub, 26.01.2018-ci il tarixdə isə icbari sığorta üzrə öhdəliklərin yerinə yetirilməsi və anlaşılmazlıqların həlli üçün icbari sığorta mərkəzi yaradılıb. 

 

K.Əliyev qeyd edib ki, bununla əlaqədar bu ilin martın 1-dən etibarən nəqliyyat vasitəsinin sahibi və ya sürücüsü Gürcüstan ərazisində olacağı bütün müddət ərzində öz mülki məsuliyyətini sığortalamalıdır: "Gürcüstan qanunvericiliyinə əsasən cari il mart ayının 1-dən icbari sığorta müqaviləsi olmayan şəxslərin 100 Laridən 200 Lariyədək məbləğdə cərimə olunması nəzərdə tutulduğundan DİN Baş DYP İdarəsi Gürcüstana səfərə gedən nəqliyyat vasitəsi sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, Gürcüstan ərazisinə daxil olarkən gömrük məntəqələrində (Sarpi, Qırmızı Körpü, Kazbeqi, Sadaxlo) və digər sərhədlərə yaxın mərkəzi şöbələrdə (banklar, ödəniş qutusu, veb sayt və brokerlər məntəqələrində) həmin ölkədə qalacağı müddətə uyğun (15 gün, 30 gün, 90 gün, 1 il) sığorta paketini əldə etsinlər". 

04.04.2018 07:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ