Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avro 1.24 və Funt 1.41$-a kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro 1.24 və Funt 1.41$-a kimi bahalaşa bilər - GÜNƏ BAXIŞ

Bu gün açıqlanacaq önəmli fundamental məlumatlar dünya birjalarında son günlər müşahidə edilən durğunluq güclü dalğalanma ilə əvəz edilə bilər.



Dünya birjalarında həftə ərzində açıqlanacaq önəmli fundamental məlumatlar öncəsi aparıcı valyutaların dollara nisbətən məzənnələrində zəif dalağalanma davam etməkdədir.

 

Bugünün gündəmində olan əsas göstəricilər isə saat 13:00-da Avrozonada inflyasiya, saat 18:00-da Amerikanın istehsal sektoru və saat 18:30-da neft ehtiyatları ilə bağlı statistik məlumatlardır. Bunlar arasında isə investorların daha böyük maraqla gözlədikləri göstərici Avrozona ilə bağlı göstəricidir. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Qeyd etmək lazımdır ki, Avrozonada iqtisadi inkişafın artmasına baxmayaraq, inflyasiya fonunda risklər qalmaqdadır və dekabr-fevral aylarında isə 1.5%-dən 1.1%-ə kimi zəifləmə də müşahidə edilib. Lakin mütəxəssislər Avrozonanın inflyasiya göstəricilərində 1.4%-ə kimi yendən artım gözləyirlər və bu, özünü doğruldarsa, avronun bahalaşması da yenidən güclənə bilər. İnflyasiyanın baza indeksində də artım proznozları məsələni daha da cəlb edici edir. 

 

Avro 1.24 və Funt 1.41$-a kimi bahalaşa bilər

 

Son günlər avronun qiyməti 1.23$, funt sterlinq isə 1.40$-a ətrafında dalğalanmaqdadır. Texniki təhlillərə əsasən, avro 1.23$-ın üzərində möhkəmlənərsə, yenidən 1.24$-a kimi, eyni ilə funtun qiyməti də 1.40$-ın üzərində qaldıqca, 1.41$-a kimi bahalaşa bilər.

 

Brent nefti dolların təsiri altında

 

Enerji bazarlarında isə Avropanın Brent neftinin qiyməti 68$-a kimi ucuzlaşıb, lakin bu, daha çox dolların dünya birjalarında qismən bahalaşması ilə əlaqədardır. Bu baxımından, dolların yenidən ucuzlaşa biləcəyi fonunda Brent neftinin qiymətində də bahalaşma yenidən 71$-a kimi güclənə bilər.

 

İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI


Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

04.04.2018 07:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ