Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İpoteka kreditləri üzrə sığorta tarifləri aşağı salınacaq - RAZILAŞMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
İpoteka kreditləri üzrə sığorta tarifləri aşağı salınacaq - RAZILAŞMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və İpoteka Fondunun rəhbərliyi iştirak edib.

 

Assosiasiyadan "Marja"ya daxil  olmuş məlumata görə, İpoteka Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub.

 

Məsələ ilə bağlı tərəflər öz mövqelərini ifadə edib və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb.

 

Görüşün yekunu olaraq, sığortaçıların ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib. Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.

 

Qeyd edək ki, İpoteka Fondunun Qanuna dəyişiklik təşəbbüsü ilə əlaqədar ASA-nın təşkilatçılığı ilə həm rəhbərlik səviyyəsində, həm də işçi qrupu səviyyəsində görüşlər keçirilmişdir. Bu görüşlərin nəticəsi olaraq sığortaçıların Fondla görüşü təşkil olunmuşdur.

 

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsində ipoteka müqaviləsində nəzərdə tutulan hallarda, ipoteka qoyulan əşyanın zədələnmə və ya məhvolma risklərinə qarşı sığorta etdirilməli olduğu tələbi müəyyən edilmişdir. İpoteka və Zəmanət Fondu isə sığorta tariflərinin yüksək olmasını əsas gətirərək müvafiq maddənin dəyişdirilməsi təklifi ilə çıxış etmişdir.

04.04.2018 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ