Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Əmanətlərin Sığortalanması Fondu və “Azərbaycan Kredit Bürosu” müqavilə imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əmanətlərin Sığortalanması Fondu və “Azərbaycan Kredit Bürosu” müqavilə imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların ləğvedicisi kimi “Azərbaycan Kredit Bürosu” MMC ilə müqavilə imzalayıb.

 

Fondun yaydığı məlumata görə, ləğv prosesində olan banklar kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi ilə bağlı “Azərbaycan Kredit Bürosu” ilə məlumat mübadiləsini həyata keçirəcəklər.

 

Büro fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək vermək məqsədini daşıyır.

 

Belə ki, ləğv prosesində olan banklar öz müştərilərinin digər banklardakı kredit tarixçəsi ilə tanış olmaq imkanı olacaq və hər hansı müştəri ilə kredit öhdəliyinin restrukturizasiya edilməsi barədə qərar qəbul edilərkən müştərinin kredit tarixçəsi nəzərə alınacaq.

 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Texnikabank” ASC, “Atrabank” ASC, “Kredobank” ASC, “Gəncəbank” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Royalbank” ASC, QSC ““Bank Standard KB”, “Bank of Azerbaijan” ASC, “Dekabank” ASC, “Yunayted Kredit Bank” ASC və “Qafqaz İnkşaf Bankı” ASC-nin ləğvedicisidir.

04.04.2018 09:12

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ