Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün kvota azaldılıb.

Reklam_3_11

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, əvvəldən kvota 2000 nəfər nəzərdə tutulsa da, sonradan 900-ə endirilib. Buna səbəb olaraq Səudiyyə Ərəbistanı Krallığı Həcc Nazirliyinin bütün ölkələr üzrə yeni kvota müəyyən etməsi göstərilir. Bildirilib ki, zəruri ehtiyac və xüsusi vəziyyət yarandığı halda sənəd qəbulunun vaxtı və kvotada artım ola bilər. Sənəd qəbulu mayın 1-dək davam edəcək.

 

Zəvvarların Həccə uçuşunu isə  Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək.

 

Azərbaycandan Həcc ziyarətinə zəvvarların səfəri avqustun 14, 15 və 16-da baş tutacaq. Zəvvarların dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

 

©APA

04.04.2018 10:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ