Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Çin Bakı Limanına 2 mln. dollarlıq avadanlıq verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çin Bakı Limanına 2 mln. dollarlıq avadanlıq verib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Əsas Yük Terminalında Çinin İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzinin təqdim etdiyi 34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqlarının təqdimat mərasimi keçirilib.

 

Ümumi dəyəri 2 mln. dollar həcmində olan avadanlıqlar Azərbaycan və Çin hökuməti arasında imzalanan qrant müqaviləsi əsasında Bakı Limanına təqdim olunub. Onların sırasında 16-sı 1,5 tondan 20 tona qədər yük aşıra bilən avtoyükləyicilər, 2 ədədi 45 tonluq teleskopik konteyner yükləyicisi, 3 ədədi 30 tonluq traktor üçün qoşqu, 1 ədədi 220 tonluq çətin relyefli kran və sair avadanlıqlar daxildir.

 

Tədbirin açılış mərasimində çıxış edən Baş nazirin müavini Abid Şərifov qeyd edib ki, 26 illik diplomatik əlaqələrə malik Çinlə Azərbaycan keçən il ən böyük ticarət dövriyyəsinə imza atıblar. Belə ki, 1,2 mlrd. dollara çatan ticarət əlaqələri bundan sonra da inamla artacaq: “Bu gün Çin hökumətinin təqdim etdiyi yeni texnika bütün növ və istənilən çəkidə yüklərin – konteyner və açıq yüklərin aşırılmasında Bakı Limanının işini həm sürətləndirəcək, həm də rahatlaşdıracaq. Hesab edirik ki, Çin hökumətinin bu hədiyyəsi eyni zamanda Azərbaycanın strateji “Bir kəmər, Bir Yol” layihəsində oynadığı mühüm rola verilən bir dəyərdir”.    

 

©APA

04.04.2018 10:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ