Azərbaycan və Gürcüstan, avtodaşıyıcıların qarşılaşdığı problemləri müzakirə edib
Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın nümayəndə heyətinə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.
İclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
Bakı şəhərinin və digər rayonların ərazisində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması, Gürcüstana Azərbaycan tərəfindən yük daşımaların həcminin artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycan Respublikasına boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında eyni şəraitin yaradılması məsələsinin hər iki ölkənin Gömrük orqanları ilə müzakirə edilməsi təklif edilib.
Sonda qeyd edilən, həmçinin aidiyyəti üzrə digər aktual məsələlər üzrə müvafiq Protokol imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
23 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti"nin gəlirləri və xalis mənfəəti kəskin artıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
13 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
14 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
15 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır