Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Bakı Metrosuna yeni qatar gətirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Metrosuna yeni qatar gətirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 

Reklam_3_11

Dünəndən etibarən “Bakı Metropoliteni” QSC ilə “Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində Bakıya yeni qatarlardan biri gətirilib.

 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi xəbərə görə, artıq qatar depodadır.

 

“Hal-hazırda Rusiyadan gələn mütəxəssislər yerli mütəxəssislərlə birgə qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar. Müəyyən sazlanma işləri aparılmalı, bəzi avadanlıqlar quraşdırılmalıdır, daha sonra sınaq olunacaq və hazır olduqdan sonra xəttə buraxılacaq. Digər ikinci qatar bu il mayın sonuna qədər gətiriləcək”, - deyə N. Paşayev vurğulayıb.

 

Qurum sözçüsü onu da əlavə edib ki, yeni gətirilən qatarlar daha müasir tiplidir. “Bu qatarlar 2015-ci ildə gətirilən qatarlardan daha komfortludur. Hər vaqonda 16 ədəd USB port var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldurmaq mümkün olacaq”.

 

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC Rusiyanın "Metrovaqonmaş" şirkəti ilə "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarının gətirilməsi ilə bağlı müqavilə imzalayıb. Vaqonların istismar müddəti 31 ildir.

 

©APA

04.04.2018 13:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ