Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tarif Şurasına yeni səlahiyyətlər verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarif Şurasına yeni səlahiyyətlər verilib

İstehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə məbləğ Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək.

 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Qaz təchizatı haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

 

Sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasına görə sənaye qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş qoşulma xidmətinə görə ödəniş həyata keçirəcəklər.

 

Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri də məhz Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır.

 

Sənaye qaz qurğusu – ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları).

04.04.2018 16:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ