Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Evləri özbaşına tikiblər, kompensasiya yüksək ola bilməz"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Evləri özbaşına tikiblər, kompensasiya yüksək ola bilməz"

 

Baş nazirin müavini Abid Şərifov Bayıl sürüşmə zonasından 100-ə yaxın ailənin köçurüləcəyini bildirib.

 

Abid Şərifov qeyd edib ki, kökürülən ailələrə kompensasiya veriləcək.

 

"Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışırıq. Amma bu, asan məsələ deyil. Vəsait məsələsinin həllinə çalışırıq”, - deyə baş nazirin müavini qeyd edib.

 

Abid Şərifov onu da qeyd edib ki, sürüşmə zonasındakı 97 evdən 6-sı artıq tamamilə dağılıb:

 

"Bu 6 ev biz ailələri oradan köçürəndən sonra uçulub. O evlərdə 32 nəfər yaşayırdı. Uçan 6 evə kvadratına görə kompensasiya veriləcək. Buradakı evlərin sənədləri yoxdur. Ona görə də kvadrata görə veriləcək pulun məbləği müəyyən olunmayıb".


Abid Şərifov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, Bayıl sürüşmə zonasında tikinti aparmaq qadağandır. "Biz istərdik ki, 97 ev köçürülsün, sonra ərazi abadlaşdırılsın".

 

Abid Şərifov qeyd edib ki, 97 evin heç biri rəsmiləşdirilməyib: "İcazələri yoxdur. "Sovetski"dəki sakinlərin evrləri babasından, atasından qalıb. Oradakı evlərin sənədləri var. Bir də var özbaşına tikilən ev. Bu iki evin qiyməti və ödəniləcək kompensasiya eyni ola bilməz. Gərək haqq ilə danışaq". 

04.04.2018 17:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ