Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Səudiyyə Ərəbistanı ilk kinoteatrına qovuşur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı ilk kinoteatrına qovuşur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya Nazirliyi, ölkədə kinoteatrların işlədilməsi üçün bu sahədə dünyanın ən iri şirkətlərindən biri olan "American Multi-Cinema"ya (AMC) lisenizya verdiyini açıqlayıb.
 

Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, bu istiqamətdə ilk kino salonu 18 Apreldə paytaxt Ər-Riyadda fəaliyyətə başlayacaqdır.
 

Mədəniyyət və İnformasiya naziri Avad bin Saleh el-Avad, kinoteatrlara lisenziya vermələrinin bu sahədə çalışan investorlar üçün əhəmiyyətli olduğuna işarə edərək, "Səudiyyə Ərəbistanı böyük bir bazardır. Əhalinin çoxu 30 yaşdan aşağıdır və sevdikləri filmləri ölkələrində izləmək istəyirlər",- deyib..
 

Səudiyyə Ərəbistanının hədəflərindən biri də əyləncə imkanları yaradaraq həyat keyfiyyətini yüksəltməkdir.  Avad, kinoteatr sektorunun inkişafı ilə, yeni iş imkanlarının yaranacağını və ölkə iqtisadiyyatına töhfə verəcəyini qeyd edib.

05.04.2018 05:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ