Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Mallar bahalaşacaq, alıcılar zərərə düşəcək, işsizlik artacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Mallar bahalaşacaq, alıcılar zərərə düşəcək, işsizlik artacaq"

ABŞ Milli Pərakəndə Satıcılar Birliyi (NRF), Prezident Donald Tramp hökumətinin gömrük tarifi planına reaksiya göstərib.
 

"Marja" xəbər verir ki, NRF-dən verilən açıqlamada, ABŞ Ticarət Nümayəndəliyinin Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dollar olan təxminən 1300 məhsula 25 faiz əlavə gömrük tarifi tətbiq edilməsi planına etiraz edilib.
 

Reklam_3_11

Açıqlamada fikirlərinə yer verilən NRF sədri Matthew Shay, gömrük tariflərinin ABŞ-da istehlakçılar üçün vergi mənasına gəldiyinə diqqəti çəkərək, Amerika iqtisadiyyatında durğunluq yaradacağını bildirib.
 

ABŞ Ticarət Nümayəndəliyinin planı çərçivəsində Çindən idxal olunacaq elektron əşyalara və ev alətlərinə tətbiq edilməsi nəzərdə tutulan gömrük tariflərinin narahatlıq verdiyini qeyd edən Shay, bəzi maşınlara tətbiq olunacaq tariflərin də ABŞ-da istehsal ediləcək malları daha bahalı hala gətirəcəyini vurğulayıb.
 

Açıqlamada, gömrük tariflərinin qlobal tədarük zəncirinə bağlı pərakəndə şirkətlərin vəziyyətini gərginləşdirəcəyinə toxunularaq, tariflərin istehlakçılara zərər verəcəyi, məşğulluğu təhlükəyə salacağı və ABŞ-da iş xərclərini artıracağı qeyd edilib.
 

Bundan başqa açıqlamada, Tramp hökumətinə proteksionist ticarət siyasətlərinin arzuolunmaz nəticələrinin fərqində olmaları dəvət edilib.
 

ABŞ Ticarət Nümayəndəliyinin çərşənbə günü dərc etdiyi gömrük tarifi planının ardından, Çin Ticarət Nazirliyi də çərşənbə günü ABŞ-dan idxal edilən 50 milyard dollar dəyərində 106 məhsula 25 faiz vergi tətbiq edəcəyini açıqlamışdır.
 

Çin, keçən həftə də Vaşinqton rəhbərliyinin idxal polad və alüminiuma tətbiq etdiyi gömrük tariflərinə cavab olaraq, ABŞ-dan idxal edilən təxminən 3 milyard dollar məbləğindəki 128 məhsula 15 faiz ilə 25 faiz vergi tətbiq edəcəyini bildirmişdi.

05.04.2018 05:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ