Mobil manşet üstü reklam_21

ABŞ prokurorluğu “Halkbank” rəsmisinə 15 illik həbs cəzası istəyib

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ prokurorluğu “Halkbank” rəsmisinə 15 illik həbs cəzası istəyib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ prokurorluğu  İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinən Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

“Daily Sabah”ın verdiyi xəbərə görə, bundan əlavə prokurorluq 500 min dollaradək məbləğində cərimə ödənilməsini tələb edib.

 

Bu ilin yanvarında ABŞ məhkəməsi Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib.

 

“Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu M.H.Atillanın FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin  göstərişi ilə həbs edildiyini bildirib.

 

© APA

05.04.2018 06:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ