Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İş yerində xəsarət almış şəxslərə görə 65 638 manat sığorta ödəniş verib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İş yerində xəsarət almış şəxslərə görə 65 638 manat sığorta ödəniş verib

“PAŞA Həyat” sığorta şirkəti “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti sığorta ödənişlərinin həcmini açıqlayıb.

 

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ölkədə istehsalat fəaliyyəti ilə məşğul olan müəssisələrdə çalışan iki sığortalı əməkdaş iş zamanı xəsarət alıblar. Qanunvericiliyə əsasən, müəyyən edilmişdir ki, hər iki işçi xəsarət nəticəsində əmək qabiliyyətinin 80%-ni itirib.

 

Sığorta olunan şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, “PAŞA Həyat” şirkəti tərəfindən zərərçəkmiş şəxslərə müvafiq olaraq 42 630 manat və 23 008 manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

 

Qeyd edək ki, cari ilin yanvar ayından indiyədək istehsalat zamanı xəsarət alan şəxslərə görə “PAŞA Həyat” tərəfindən 451 000 manatdan çox birdəfəlik ödənişlər edilib.

 

“PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat”ın cari ilin dekabr ayının 1-nə aktivlərinin həcmi 154 mln. manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.

13.12.2016 08:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ