Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Xarici banklar Azərbaycan müəssisələrini maliyyələşdirmək istəmir”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Xarici banklar Azərbaycan müəssisələrini maliyyələşdirmək istəmir”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə resurslarına çıxış Azərbaycan şirkətləri üçün başlıca maneələrdən biridir. Bunu “PricewaterhouseCoopers” (PwC) şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev deyib.

 

Reklam_3_11

"Kapitala çıxış Azərbaycanda kiçik və orta müəssisələr üçün əsas maneələrdən biridir. Xarici banklar Azərbaycan şirkətlərini maliyyələşdirməyi o qədər də istəmir", - deyə o, “Vergilər” qəzetinə müsahibəsində bildirib.

 

M.Paşayevin sözlərinə görə, bunun bir neçə səbəbi var. "Bunlar Azərbaycan şirkətlərində korporativ idarəetmənin zəif, şəffaflığın səviyyəsinin aşağı olması, audit və hesabatlılıqla bağlı problemlərin mövudluğudur. Xüsusilə mühasibatlıq və audit sahəsində ciddi nöqsanlar var", - deyə o qeyd edib.

 

Şirkətin idarəedici tərəfdaşı hesab edir ki, bazar iştirakçıları yeni iqtisadi reallıqlara uyğunlaşmalıdır. "Şirkətlərin idarəçiliyi sahəsinin təkmilləşdirilməsinə zərurət var. Bütün bu problemlər həll olunarsa, kapitala çıxış da asanlaşacaq", - deyə M.Paşayev əlavə edib.

 

© İnterfaks-Azərbaycan

 

 

05.04.2018 06:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ