Bu il 41 mindən çox fərdi şəxsi hesab açılıb
Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 41227 nəfər şəxsə fərdi şəxsi hesab açılıb. Bu da 2017-ci ilin sonuna olan göstəricidən 1% çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, 2018-ci ilin 01 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 164 212 nəfər və ya 4,8 faiz artaraq 3 607 972 nəfərə çatıb.
Fərdi uçot sistemi ölkəmizdə 2006-cı ildən fəaliyyət göstərən müasir sığorta-pensiya sisteminin aparıcı komponenti olmaqla, hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına, işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarına malik olması üçün pensiya kapitallarını formalaşdırmasına şərait yaradır. Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınmaqla, onlara uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Fərdi şəxsi hesablarda toplanan pensiya kapitalı barədə məlumat əldə etmək üçün isə Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti əhalinin istifadəsindədir.
Ötən il iyulun 1-dən qanunvericilikdə qüvvəyə minən dəyişikliklər nəticəsində vətəndaşlara bank vasitəsilə fərdi hesablarına daha çox vəsait köçürməklə, pensiya kapitallarını və bununla gələcəkdə onlara təyin olunacaq pensiyaların məbləğini daha da artırmaq imkanı verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
28 d. əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
-
42 d. əvvəl
Kənd təssərüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 48 d. əvvəl
-
3 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
3 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 3 saat əvvəl
- 4 saat əvvəl