Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Avtomobil nəhənginə daha bir zərbə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil nəhənginə daha bir zərbə!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son 15 ildə 1 dollar da mənfəət əldə edə bilməyən və mart ayının sonunda sükan problemi səbəbindən 123 min Model S avtomobilini geri çağıran Tesla-nın qarşısında yeni bir maneə var: ABŞ-Çin arasında qızışan ticarət müharibəsi.
 

"Marja" "Bloomberg International"a istinadən xəbər verir ki, ABŞ-ın Çin məhsullarına 25 faiz əlavə gömrük vergisi tətbiq etmsinə Çindən cavab gecikmədi. Çin də aralarında elektrikli avtomobilin də olduğu ABŞ məhsullarına əlavə tarif tətbiq edəcəyini açıqladı. Bu, Tesla üçün rəqiblərinə nisbətən daha böyük risk yaradır.
 

General Motors, Ford kimi rəqib avtomobil nəhənglərinin Çində  istehsalı mövcuddur. Tesla-nın zavodu isə ABŞ-dadır və Çin, Tesla-nın ABŞ-dan sonrakı ikinci böyük bazarıdır.
 
Çinə 2017-ci ildə 14 min 888 avtomobil satan Tesla, ölkənin elektrikli avtomobil satışlarının 3%-ni yaradır və Çin, Tesla-nın ümumi gəlirində 17%-lik paya malikdir.
 

Dünyanın ən böyük ikinci iqtisadiyyatı, təkcə fevral ayında 2 min 323 elektrikli vasitə idxal edib və bunların 2 min 160-ı Tesla idi. 

05.04.2018 07:47

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ