Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan İstilik Elektrik Stansiyası" 3,9 milyon manat zərər açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 "Azərbaycan İstilik Elektrik Stansiyası" 3,9 milyon manat zərər açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 556,4 mln. manat təşkil edib. 

 

MMC-nin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13,4% çoxdur. 

 

2017-ci ildə "Azərbaycan İstilik Elektrik Stansiyası"nın cəmi öhdəlikləri 43,9% artaraq 228,696 mln. manata çatıb, cəmi kapitalı 1,2% azalaraq 327,704 mln. manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 5,108 mln. manat qalıb. 

 

2017-ci ildə stansiyanın elektrik enerjisi satışından gəliri 344,455 mln. manat (2016-cı ilə nisbətən 85,7% çox), yanacaq xərcləri 301,358 mln. manat (təxminən 2 dəfə çox), köhnəlmə xərcləri 28,817 mln. manat (1,7% çox), təmir və texniki xidmət xərcləri 4,556 mln. manat (6,45% çox), işçi heyətinin saxlanması xərcləri 4,24 mln. manat (4,5% az), digər vergi xərcləri 2,328 mln. manat (20,8% çox), xammal və material xərcləri 1,726 mln. manat (11,2% az), digər əməliyyat xərcləri isə 2,546 mln. manat (26,4% çox) təşkil edib. Son nəticədə şirkətin əməliyyat zərəri 1,116 mln. manat olub ki, bu da illik müqayisədə 78,1% azdır.

 

Ötən il "Azərbaycan İstilik Elektrik Stansiyası"nın maliyyə xərcləri 3,407 mln. manat (əvvəlki ilə nisbətən 6,6% çox), xarici valyuta mübadiləsindən zərəri isə 5 min manat təşkil edib. Bununla da, stansiyanln vergiyəqədərki zərəri 4,528 mln. manat olub ki, bu da illik müqayisədə 44,7% azdır.

 

2017-ci ildə "Azərbaycan İstilik Elektrik Stansiyası" mənfəət vergisi xərclərinə 2016-cı ilə nisbətən 47,8% az – 645 min manat qənaət edib və ili 3,883 mln. manat xalis zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 44,1% azdır. 

 

© Report

05.04.2018 08:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ