Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SOCAR-ın Bolqarıstanı qazlaşdırması müzakirə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın Bolqarıstanı qazlaşdırması müzakirə edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov arasında Bolqarıstanın qazlaşdırılması proqramında SOCAR-ın mümkün iştirakının araşdırılmasına dair əldə edilmiş razılaşmaya əsasən, SOCAR-ın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Bolqarıstanın əlaqədar qurumları ilə müzakirələr aparmaq məqsədi ilə Sofiya şəhərinə səfər edib.

 

Reklam_3_11

SOCAR-dan  verilən məlumata görə, nümayəndə heyətinin ilk görüşü Bolqarıstanın energetika naziri Temenujka Petkova ilə olub.

 

T. Petkova SOCAR-a Bolqarıstanın qazlaşdırılmasında iştirak etmək perspektivi ilə bağlı hökumətin mümkün dəstəyini ifadə edib.

 

SOCAR prezidentinin müşaviri, “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov öz növbəsində Cənub Qaz Dəhlizi layihəsinin icrasında cari vəziyyət barədə məlumat verib.

 

Daha sonra, İCGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsi, Bulgartransqaz şirkətinin icraçı direktoru Vladimir Malinov isə qaz infrastrukturunun inkişafı proqramı çərçivəsində həyata keçirilən layihələr barədə məlumat veriblər. Daha sonra mütəxəssislər arasında müzakirələr aparılıb.

05.04.2018 08:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ